Accessibility links

ADR Hərəkatı: Tarif Şurasının qərarı ləğv edilsin, islahatlara başlansın


Tarif Şurasının son qərarı ilə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının və dərman preparatlarının qiymətlərinin kəskin bahalaşdırılması əhali arasında təşviş və narazılıq doğurub.

Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının qazın və işığın qiymətinin bahalaşdırılması ilə bağlı bəyanatında deyilir.

ADR Hərəkatı hesab edir ki, inhisarçı subyektlərin müraciətləri əsasında ekspert və məsləhətçilər cəlb edilmədən, monitorinq və sorğular keçirilmədən, iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparılmadan qiymətlərin artırılması barədə qərar qəbul edilib.

“Tariflərin artırılması zamanı əhalinin sosial durumu, onun alıcılıq qabİliyyəti nəzərə alınmayıb, qəbul edilmiş tarif differensiyası həddinin müəyyənləşdirilməsi zamanı sosial ədalətlilik prinsipi pozulub. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq, umumi inflyasiya səviyyəsi yüksələcək, kommunal xidmətlərin vaxtında və tam şəkildə ödəniş səviyyəsi aşağı düşəcək, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları azalacaq. Bütün bunların nəticəsində sosial narazılıq artacaq, ədalətli olmayan differensiyalaşma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək”, sənəddə qeyd edilir.

ADR Hərəkatı hesab edir ki, kompleks islahatlara start verilməzsə, tariflərin tənzimlənməsində yeni tətbiq olunan differensial yanaşma qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin fəaliyyətində müşahidə olunan pis idarəçilik və israfçılıq korrupsiya və mənimsəmə hallarının artmasına, maliyyə intizamının pozulmasına gətirib çıxaracaq.

ADR Hərəkatı qiymətlərin artırılması barədə Tarif Şurasının qərarının ləğv edilməsini tələb edir.

“Qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin fəaliyyətində hesabatlılıq və şəffaflıq artırılsın, həmin şirkətlərdə yenidən strukturlaşdırma və özəlləşdirmə islahatları vasitəsilə xərclər və tariflər optimallaşdırılsın. 2016-cı il yanvarın 31-də ADR Hərəkatı Ali Məclisinin qərarı ilə qəbul olunmuş və hökümətə təqdim edilmiş “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi” əsasında dərhal kompleks islahatlara başlanılsın. İrəli sürülən tələbləri yerinə yetirməyəcəyi təqdirdə vəzifələrini icra edə bilməyən hökümət istefa versin”, bəyanatda tələb edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG