Accessibility links

Azərbaycan Dillər Universiteti ilə ABŞ səfirliyi anlaşma memorandumu imzalayıb


Robert Sekuta və Səməd Seyidov (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Robert Sekuta və Səməd Seyidov (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

ABŞ səfirliyinin Facerbook səhifəsində bildirilir ki, görüşdə professor Səməd Seyidov Amerika mərkəzinin fəaliyyətindən, Azərbaycan-ABŞ arasındakı mövcud əlaqələrdən və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərindən söhbət açıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ikitərəfli əlaqələrin möhkəmləndirilməsində təhsilin mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşün yekunu olaraq Azərbaycan Dillər Universiteti (ADU) ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Robert Sekuta və Səməd Seyidov (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Robert Sekuta və Səməd Seyidov (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

Memorandumda Bakı Amerika Mərkəzində ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Birləşmiş Ştatların mədəniyyəti və tarixi haqqında mühazirələr daxil olmaqla geniş çeşidli proqram və xidmətlərinin təklif edilməsi nəzərdə tutulur. Bununla yanaşı, mərkəzdə uşaqlar üçün təhsil guşəsi və Maker Space (elmi-texniki) otağı da fəaliyyət göstərəcək.

Amerika Mərkəzi Bakıda 2004-cü ildə açılıb və 2007-ci ildən ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) yerləşir. Amerika Mərkəzinin fəaliyyəti ingilis dilinin tədrisi, təhsil üzrə məsləhətlər, məzunlarla görüşlər və mədəni proqramlara əsaslanır. Mərkəzdə ingilis dilini öyrənənlər, Birləşmiş Ştatlarda təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün resurslarla zəngin olan, həmçinin ABŞ cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövrü nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur. Bundan əlavə, EBSCO və J-STOR kimi tədqiqat məlumat bazalarına təmənnasız çıxış təklif olunur.

XS
SM
MD
LG