Accessibility links

Ədviyyələrdən insanlar artıq min illərdir istifadə edir. Onların bəziləri ətirləri, digərləri isə müalicəvi xüsiyyətlərinə görə tanınır.

Amerikalı alimlərin son tədqiqatlarının nəticələrinə görə, ədviyyələr ət məhsullarının ziyanlı təsirlərini azalda bilər.

Yağlı ətlərin qanda triqliseridin səviyyəsini yüksəltdiyi elmə çoxdan məlumdur. Ədviyyə vurulmuş ət ürək xəstəliklərinə səbəb olan triqliserid səviyyəsini adi yolla bişirilmiş ətlə müqayisədə 30 faiz azaldıb.

Pensilvaniya Ştat Univesitetinin tədqiqatçıları 30-la 60 yaş arasında 6 kişi üzərində 2 günlük tədqiqiat aparıb. Ağırçəkili, yalnız sağlam kişilərin yeməklərinə 30 millilitr ədviyyə əlavə edilib. Digər qrupun eyni miqdar təşkil edilən yeməklərinə heç bir əlavə edilməyib.

Alimlər sarıkök, qara bibər, darçın, qırmızı bibər, kəklikotu və sarımsaqdan istifadə edib. Yeməkdən sonra tədqiqat iştirakçılarından alınan qan təhlilləri qanda antioksidant fəaliyyətinin gücləndiyini göstərib. Bundan əlavə ədviyyə yeyən kişilərdə insulin fəallığı 20 faiz aşağı olub.

Ədviyyələrin antioksidantlara qırmızı şərab və qara şokolad qədər təsirli olduğu müəyyən edilib.

Alimlər qırmızı bibərin heç vaxt acı yeməyən insanlara çəki itirmələrinə yardım etdiyini aşkarlayıb
XS
SM
MD
LG