Accessibility links

Həbsdə saxlanan azərbaycanlı fəalın səhhəti təhlükə altındadır


Arəş Məhəmmədi

Arəş Məhəmmədi

Fəalın müxtəlif psixi və fiziki işgəncə və təzyiqlərə məruz qaldığı xəbər verilir

İranda həbs edilən azərbaycanlı tələbə, milli fəal Arəş Məhəmmədinin səhhətinin təhlükə altında olması haqda məlumat yayılıb.

“Media forum” saytı bildirir ki, Arəş Məhəmmədi iyunun 15-də prezident seçkisinin rəsmi nəticələrinin açıqlanmasından sonra küçə şənliklərinə qatılarkən daha bir neçə tələbə ilə birlikdə tutulub. Ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğatda günahlandırılan azərbaycanlı fəalın “Sepah”ın Təbrizdəki təcridxanasında saxlandığı, müxtəlif psixi və fiziki işgəncə və təzyiqlərə məruz qaldığı xəbər verilir.

Saxlandığı həbs şəraitinə və məruz qoyulduğu təzyiqlərə etiraz olaraq iyunun 18-dən aclıq aksiyasına başlayan Arəş Məhəmmədinin səhhətinin kəskin pisləşdiyi, təcili müalicəyə ehtiyacı olduğu bildirilir.
XS
SM
MD
LG