Accessibility links

Afaq Şıxlı: Qürbətdə yaşayan hər kəs özündə vətənin bir parçasını daşıyır [Audio]


“Moskva ədəbi mühiti zəngin və maraqlı mühitdir,” - deyə, şairə Afaq Şixlı Amerikanın Səsinə içərisində yaşadığı mühiti təsvir edir. Varlığı ilə Azərbaycana bağlı olduğunu deyən poeziya xadimi vaxtının böyük hissəsini üzvü olduğu Şəhriyar Cəmiyyətində Azərbaycan mədəniyyətinin təşviqinə həsr etdiyini deyir. Onun sözlərinə görə Rusiya incəsənət xadimləri ilə qurulmuş sıx təmaslar təkcə poeziyanın inkişafına yox, mədəniyyətlər arasında əlaqələrin güclənməsinə yol açır.
Afaq Şıxlı:`Qürbətdə yaşayan hər kəs vətənin bir parçasını daşıyır`
please wait

No media source currently available

0:00 0:10:53 0:00
Direct link


“Həm bir-birimizin dinləyicisiyik, həm də tənqidçisiyik,” - deyə, Afaq Şıxlı tez-tez Rusiya paytaxtında poeziya gecələrinin və müxtəlif növ ədəbi tədbirlərin keçirildiyini deyir. Bu tədbirlərdə təkcə Rusiya şairləri deyil, başqa ölkələrdən gəlmiş incəsənət xadimləri də fəal iştirak edirlər
.

Poeziya həyatımın yaşamına çevrilib. Bəlkə də bu qürbətdə yaşadığımdan belədir.

Müasir poeziya tendensiyaları haqda danışan Afaq Şıxlı indi bir çox həmkarlarının tənqidə dözümsüz münasibət bəsləmələrindən gileylənir. Halbuki ədəbiyyatın inkişafı tənqidlə sıx bağlıdır. Şeir yazmaq təkcə qafiyə qoşmaqdan ibarət deyil. “Puşkin belə şeir yazanlara 'qafiyə düzənlər' deyirdi. Bəzən esselər yazırlar. Hekayə yazırlar, ona şeir deyirlər. Alt-alta düzülmüş cümlələr yazırlar. Buna şeir demək zorumunda deyil insan. Tənqid tərrəqqinin meyarıdır. Rəqabət, tənqid olmayan yerdə inkişaf ola bilməz,” - deyə, Afaq Şıxlı qeyd edir.

“Poeziya həyatımın yaşamına çevrilib. Bəlkə də bu qürbətdə yaşadığımdan belədir,” deyən Afaq Şıxlı əsl peşəsinin həkimlik olduğunu bildirir. Afaq xanımın sözlərinə görə onun poeziyaya məhəbbəti vətən sevgisi ilə sıx bağlıdır və bu bağlılığı qürbətdə olduğu hər gün o, daha dərindən hiss edir. “Hər vətəndaş öz vətəninin bir parçasıdır. Həm hərəkəti, həm də davranışı ilə. Insan gərək vətənin adını uca tutub ona layiq olsun,” - deyə, vətənpərvər şairə izah ediRusiya ilə Azərbaycan arasındakı tarixi kolonial münasibətləri şərh edən Afaq Şıxlı siyasi konyukturanın bəzən əlaqələrə kölgə saldığını, lakin yazıçı və şairlərin, sənət adamlarının hər vaxt bir-birləri ilə dil tapa bildiyini vurğulayır. Buna misal olaraq o, Mirzə Fətəli Axundovla rus şairi Bestujev-Marlisnki arasındakı dostluğu, ədəbi xadimlər arasında qarşılıqlı cazibəni vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG