Accessibility links

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 13, ABŞ-ın isə 1 əsgəri öldürülüb


Əfqanıstanda hücumlar nəticəsində təhlükəsizlik qüvvələrinin 13 əsgəri öldürülüb. Ölkədə Taliban yaraqlılarına qarşı uzunmüddətli mübarizəyə hazırda yerli İŞİD döyüşçüləri ilə mübarizə də əlavə edilib.

Balx vilayətinin hökumət sözçüsü Monir Əhməd Fərhadın bildirdiyinə görə, yol kənarına yerləşdirilən bomba partlayışı 9 əsgərin ölümü ilə nəticələnib. Çimtal rayonundakı hücum zamanı bir neçə nəfər yaralanıb. Qarşıdurma zamanı 5 yaraqlı öldürülüb, onlarla insan xəsarət alıb.

Digər bir insident Dərzab rayonunda qeydə alınıb. İŞİD bu bölgədə vilayətin baş qərargahını hədəf alıb. Döyüşlərin hələ də davam etdiyi bildirilir.

Əfqanıstan qüvvələri ABŞ və NATO-nun iki il əvvəl döyüş missiyasından çəkilməsindən sonra Talibanla təkbaşına mübarizə aparır. Taliban ölkənin bir neçə vilayətinin nəzarətini ələ keçirib. Havaların istiləşməsi ilə qrup hücumlarını intensivləşdirib.

ABŞ ordusu Nanqarhar vilayətində bir Amerika əsgərinin öldürüldüyünü bəyan edib. Əsgər Əfqanıstan qüvvələrinə Açin rayonunda dəstək verən xüsusi əməliyyat qüvvəsinin üzvü olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG