Accessibility links

Əfqanıstan və Hindistan hərbi yardım məsələsini müzakirə edəcək



Əfqanıstan prezidenti Həmid Karzai bazar ertəsi Dehliyə səfəri zamanı Hindistan rəsmiləri ilə ölkəsinə hərbi yardım məsələsini müzakirə edəcək.

Əfqanıstan liderinin sözçüsü prezident Karzainin ölkənin hərbi və təhlükəsizlik orqanlarının gücləndirilməsi üçün yardım istəyəcəyini bildirib.

Əfqanıstan və Hindistan 2011-ci ildə strateji tərəfdaşlığa dair müqavilə imzalayıb. Müqavilədə Hindistanın 2014-cü ildə beynəlxalq qüvvələrin ölkəni tərk etməsindən sonra təhlükəsizliyə görə nəzarəti ələ almağa hazırlaşdığı vaxt Əfqanıstan silahlı qüvvələrinə təlim verilməsi nəzərdə tutulur.

Pakistan da Əfqanıstanla strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını təklif edib, lakin bu az inkişaf müşahidə edilib.

Bu ayın əvvəli Pakistan və Əfqanıstan arasında dağlıq ərazidə yerləşən sərhəd bölgəsində atışmalar baş verib. Tərəflər bir-birini ilk atəşi açmaqda ittiham edir.

Əfqanıstan lideri Hindistanda səfərini Pakistan sərhəddində toqquşmalardan sonra edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG