Accessibility links

Əfqanıstanın İnformasiya və Mədəniyyət naziri söz azadlığı və azad mediaaya dəstəyin davam etdiriləcəyini deyib

Əfqanıstanın informasiya və mədəniyyət naziri hökumətin söz və mətbuat azadlıqlarını beynəlxalq ictimaiyyətin ölkəni tərk etdikdən sonra da tərəddüdsüz müdafiə edəcəyini bildirib.

Amerikanın dəsinin Əfqan ximətinə müsahibəsində nazir Səid Məkdum Rahin bildirib ki, KİV haqqında yeni qanun layihəsi dövlət tərəfindən idarə olunan Əfqanıstan radio-televiziyası və Bəxtar xəbər agentliyinin hökumət və nazirliyin nəzarətindən ictimai yayımçının nəzarətinə keçməsinə imkan verəcək.

Buna baxmayaraq, Human Rights Watch və media təşkilatları qanun layihəsində yer alan bir neçə müddəaya görə narahatlıqlarını bildiriblər. Bu narahatlıqlara media işlərinə baxmaq üçün xüsusi ittihamçının təyin ediləsi və mətbuata nəzarət etmək üçün tənzimləyici orqanın yaradılması daxildir. Yeni qanun layihəsi həmçinin Əfqanıstanda xarici programlamanın qadağan olunmasına gətirib çıxara bilər.

Qanun layihəsini müzakirə etmək və birgə bəyanat hazırlayıb hökumətə təqdim etmək üçün keçən ayın sonu Birləşmiş Millətlərin Əfqanıstandakı missiyası 100-ə qədər jurnalisti və media mənsubunu Kabulda bir araya gətirmişdi

Əfqanıstanın İnformasiya və Mədəniyyət nazirliyinin rəsmisi deyib ki, qanun layihəsinə görə narahatlıqların əsassız olduğunu və onun daha çox azadlıqlara gətirib çıxaracağını deyib.

Amerikanın Səsinə müsahibəsində nazir Rahin bunun hələ layihə səviyyəsində olduğunu və burada söz azadlığının təmin edilməsıinə mane ola biləcək hər hansı bir maddənin çıxarılıacağını qeyd edib. O, jurnalistlərdən və ictimai təşkilatlardan gələn təklifləri alqışladıqlarını bildirib.

Rahin həmçinin Amerikanın Səsinə bildirib ki, Tokioda bir araya gələn beynəlxalq donorlar 16 milyard dollar məbləğində qeyri-hərbi yardım edəcəklərinə söz verib. O bunu çox yaxşı hal adlandırıb.

Buna baxmayaraq O, Əfqanıstanın mədəniyyətinə investisiya qoyulmasına kifayət qədər diqqət ayrılmadığını deyib. Nazir qeyd edib ki, terrorizmlə mübarizə yalnız silahlı mübarizə deyil, həm də müxtəlif düşüncələrin müharibəsidir.

O qeyd edib ki, Əfqanıstanda məhv olma təhlükəsi ilə üzləşən islamdan əvvəlki dövrə aid 1200 abidənin qorunması üçün kifayət qədər büdcə və mütəxəssis çatışmır. Nazir habelə Əfqanıstan hökumətinin xarici yardıma ehtiyacı olduğunu və bu yardımın müxtəlif dost ölkələrdən gözlədindiyini qeyd edib.

Sərhədsiz Reportyorların Dünyada Mətbuat Azadlığı İndeksinə dair son hesabatında jurnalistlərin qarşılaşdığı əsas təhlükələrin ekstremistlər və siyasi qruplardan gəldiyini bildirib. Əfqanıstan təşkilatın siyahısında 179 ölkə arasında 150-ci yerdə gəlir.
XS
SM
MD
LG