Accessibility links

Həftə sonu NATO-nun 5 əsgəri öldürülüb

Əfqanıstanın şimalında əfqan əsgərinin açdığı atəş nəticəsində iki ABŞ əsgəri yaralanıb.

Bu gün baş verən hücum əfqan polis uniformasını geyinən şəxsin qərbi Herat əyalətində NATO-nun mülki polis təlimi məsləhətçisinın öldürdükdən bir gün sonra baş verib.

Allians hər iki hadisənin qurbanları barədə əlavə məlumat verməyib.

Bundan əlavə Əfqanıstanda həftə sonu ərzində beş NATO əsgəri yol kənarına yerləşdirilən bomba partlayışı nəticəsində həlak olub.

Yolkənarı bombalar prezident Həmid Karzay hökumətini devirib hakimiyyəti ələ almaq istəyən Taliban qiyamçılarının ən çox istifadə etdiyi silahdır.
XS
SM
MD
LG