Accessibility links

İslam əleyhinə videoya görə Hezbi-İslam təşkilatı 9-u xarici vətəndaş olmaqla, 12 nəfəri qətlə yetirib

Əfqanıstan paytaxtı yaxınlığında intiharçının xariciləri daşıyan mikro- avtobusa hücumu nəticəsində ən az 12 nəfər həlak olub.

Hüquq-mühafizə orqanları bildirib ki, çərşənbə axşamı Kabil aeroportuna gedən şosse yolda avtobus yaxınlığındakı avtomobilə yerləşdirilən partlayıcı maddələrin partlaması nəticəsində doqquz xarici işçi, onların əfqan sürücüləri və digər iki əfqan həlak olub. Cənubi Afrikanın Xarici İşlər Nazirliyi həlak olan 8 nəfərin Cənubi Afrika vətəndaşı olduğunu təstiqləyib.

Əfqan mənşəli Hezbi-İslam üsyançı təşkilatı hücumun məsuliyyətini üzərinə götürərək, bunu Əfqanıstan da daxil olmaqla, dünyada baş qaldıran etirazlara səbəb olmuş internetdəki anti-islam videosuna cavab olaraq qadın bombaçı tərəfindən törədildiyini etiraf edib.

Eyni zamanda NATO son zamanlar videonun çıxması ilə müşahidə olunan və tez-tez baş verən daxili hücumlara qarşı yenidən əfqan təhlükəsizlik qüvvələri ilə birgə əməliyyatlar keçirəcəklərini Amerikanın Səsinə təstiqləyib.

Əfqanıstanda bu il baş verən 30 hücum nəticəsində 51 nəfər xarici hərbçi həlak olub.
XS
SM
MD
LG