Accessibility links

Əfqan əsgərləri yaraqlılar tərəfindən öldürülüb

Əfqanıstan rəsmiləri ölkənin şərqində üç əfqan əsgərin yaraqlılar tərəfindən qaçırılaraq öldürüldüyünü bildirib.

Polis rəsmisi Məhəmməd Zaman mətbuat nümayəndələrinə verdiyi məlumatda bildirib ki, Paktia əyalətinin Əhməd Xıl qəsəbəsində yaraqlılar əsgərlərin maşınını saxladaraq onları düşməyə məcbur edib. Daha sonra yol boyunca əsgərlərin cəsədləri aşkar edilib.

Zaman əsgərlərin xidmətdən azad vaxtlarında ailələrini görmək üçün evlərinə getdiklərini deyir.

Rəsmilərin bildirdiyinə görə, eyni zamanda Əfqanıstanın cənub Qəndahar vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində altı mülki vətəndaş həlak olub. Partlayış bu gün Spin Boldak qəsəbəsində baş verib.

Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilir ki, bu ilin birinci kvartalında Əfqanıstanda 1145 nəfər mülki vətəndaş öldürülüb. Onların 80 faizi yaraqlılar tərəfindən qətlə yetirilib. BMT-nin məlumatında deyilir ki, hələ də əfqan qadın və uşaqların arasında ölüm hadisəsinin əsas səbəbi yolkənarı bombalardır.
XS
SM
MD
LG