Accessibility links

General Petreas:"NATO Əfqanıstan və Pakistanın qüvvələri ilə əməliyyatları davam etdirəcək."


ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Deyvid Petreas Mərcahda ABŞ dəniz piyadaları ilə görüşür,25 dekabr, 2010
ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Deyvid Petreas Mərcahda ABŞ dəniz piyadaları ilə görüşür,25 dekabr, 2010

ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı general Deyvid Petreas deyir ki, NATO, Əfqanıstan və Pakistan qüvvələri Əfqanıstan-Pakistan sərhəddinin hər iki tərəfindəTaliban üsyançılarına qarşı daha çox əlaqələndirmiş əməliyyatlar keçiricək. Bu gün Assoöieyted Press agentliyinə verdiyi müsahibə zamanı general Petreas deyib ki, son iki ay ərzində Əfqanıstan və Pakistan hərbi qüvvələri əməliyyatları əlaqələndirilmiş şəkildə aparıb. Onun sözlərinə görə, hər iki ölkənin təhlükəsizlik qüvvələri əməliyyatları ABŞ-ın başçılığı altında NATO qüvvələri ilə daha yaxından koordinasiya etmək qazanacaq. Müsahibə general Petreas NATO qüvvələrini Milad bayramı münasibətilə təbrik etmək üçün Əfqanıstandakı bazalara səfər etdiyi təyyarədə aparılıb.

XS
SM
MD
LG