Accessibility links

Əfqanıstan rəsmiləri bu gün ölkənin şərqində həyata keçiriıən intiharçı hücumunun azı 41 nəfərin ölümünə səbəb olduğunu bildirib.

Müdafiə nazirliyininin sözçüsü, general Məhəmməd Zahir Əziminin dediyinə görə, intiharçı partlayıcı maddələrlə dolu maşını Paktika vilayətinin Urqun yaşayış mənqətəsidə çox sayda insanın olduğu ticarət mətkəzində partladıb. Sözçü partlayış zamanı 67 nəfərdən çox insanın yaralandığını bildirib.

Rəsmilər intiharçının maşını polisin onu saxladığı vaxt partlatdığını deyir. Güclü partlayış nəticəsində yaxınlığdakı bir neçə dükan dağılıb. Hücuma görə məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG