Accessibility links

Əfqanıstanda intiharçı hücumları artmaqdadır


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, intiharçının avtomiobilə yerləşdirilmiş bombanı paytaxt Kabil yaxınlığında partlatması nəticəsində bir polis işçisi ölüb, ikisi isə yaralanıb.

Əfqanıstan təhlükəsizlik qüvvələri bu gün bomba yerləşdirilmiş avtomobili təqib edərək, paytaxta daxil olmasına mane olub.

Xarici hərbi qüvvələrin 13 ildən sonra ölkəni tərk etməyə başlaması ilə qeyri-müəyyənlik yaratmağa və üstünlük əldə etməyə çalışan İslamçı yaraqlılar tərəfindən son ayda təkcə Kabildə12 hücum həyata keçirilib.

Əfqanıstan prezidenti Əşrəf Qani bu Taliban qüvvələri tərəfindən insan ölümülə nəticələnmiş hücumları pisləyərək, mülki əhali və hərbiçilərə qarşı zorakılıqların anti-islam mahiyyəti daşıdığını deyib. Cənab Qani ölkənin dini, siyasi və ictimai liderlərini zorakılığı qınamağa çağırıb. Bazar günü yerli məktəblərdən birində danışan cənab Qani zorakılıqların qəbuledilməz olduğunu deyib.

XS
SM
MD
LG