Accessibility links

Bu gün Əfqanıstanın cənub Helmənd vilayətində intiharçının avtomobilə yerləşdirilmiş bombanı hökumət binası qarşısında partlatması nəticəsində azı 7 nəfər ölüb, 41 nəfər isə yaralanıb.

Hücum Ləşgər-Gah qubernatorluğu və Vilayət Şurasının yerləşdiyi yerdə həyata keçirilib. Partlayış zamanı yaralananlar arasında vilayət qubernatorunun sözçüsü Ömər Zvak və mahal qubernatoru Hacı Fətullad da olub.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hökumət qüvvələri Helmənddə Taliban yaraqlılarına qarşı əməliyyatlar həyata keçirir.

XS
SM
MD
LG