Accessibility links

Kabildə Talibanın hücumu nəticəsində 30 adam həyatını itirib


Əfqanıstan rəsmiləri bildirilir ki, Taliban yaraqlılarının bu gün paytaxt Kabildə həyata keçirdiyi bomba və silahlı hücumu zamanı azı 30 nəfər ölüb, 327 nəfərdən çox insan yaralanıb.

Hədəfin Əfqanıstanın kəşfiyyat İdarəsinin nəzdində olan və hökumət rəsmilərini mühafizə edən təhlükəsilik qüvvələrinin yerləşdiyi binanın olduğu deyilir. Hücumun yerli vaxtla səhər saat 9 radələrində, intiharçının yük maşınındakı bombanı partlatması ilə başladığı bildirilir.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Sədiq Siddiqi müxbirlərə yük maşınında yüzlərlə kiloqream partlayıcı maddə olduğunu və hücumla bağlı istintaq aparıldığını deyib. O, hücumçuların sayının müəyyən edilməsi üçün təhqiqatın davam etdiyini deyib, lakin eyni zamanda təhlükəsizliklə bağlı yol verilmiş səhvlərin hücuma səbəb olduğunu etiraf edib.

Rəsmilər yaraqlılarla təhlükəsizlik qüvvələri arasında atışmanın bir neçə saat davam etdiyini və hücumçuların demək olar ki, hgamısının öldürüldüyünü bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qani hücumu ən kəskin şəkildə qınayaraq, çox sayda insanın həyatını itirdiyini və yaralandığını deyib.

Taliban sözçüsü Zabihullah Mücahid müxbirlərə göndərdiyi bəyanatında hücuma görə məsuliyyəti qrupun öz üzərinə götürdüyünü deyib və hədəfin Kabil hökumətinin " ən qəddar və qeyri-insani orqanlarından biri" adlandırdığı Əfqanıstan​ Kəşfiyyat Agentliyinin olduğunu bildirib.

XS
SM
MD
LG