Accessibility links

Əfqanıstanda intiharçının hücumu zamanı 7 nəfər həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda intiharçının hücumu zamanı 7 nəfər həlak olub

Əfqanıstanda intiharçının hücumu zamanı 7 nəfər həlak olub

Əfqanıstanda intiharçının hücumu zamanı bir polis zabiti də daxil olmaqla yeddi nəfər həlak olub, 18 adam yaralanıb. Hadisə ölkənin şimalında Bağlan vilayətində Qurban bayramının ilk günü baş verib.

Rəsmilərin bildirdiyinə görə, hücum insanların ibadət etdikdən sonra məscidi tərk etdiyi zaman həyata keçirilib.

Daxili İşlər nazirliyinin sözçüsü hücumun iki nəfər tərəfindən həyata keçirildiyini bildirib. Bunlardan biri partlayıcıları işə salan intiharçı olub, ikinci şəxs isə partlayıcıları işə salmazdan əvvəl yaxalanıb.

Hücuma görə məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG