Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzay bu gün doqquz mülki vətəndaşın ölümünə və beşinin yaralanmasına səbəb olan uzaqdan idarə edilən bomba partlayışını pisləyib.

Partlayış Paqman şəhərində avtobusu hədəf alıb. Yerli polis rəisi bombanı yerləşdirmiş şəxsin həbsə alındığını deyib.

Cənab Karzay deyib ki, mübarək Ramazan ayında günahsız vətəndaşları hədəf alan terroristləri nə müsəlman, nə də əfqan adlandırmaq olar və bu insanlar ictimaiyyətin nifrətindən başqa bir şeyə nail olmayacaqlar.

Bu arada, bu gün polis Lonqar vilayətində NATO bazası yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışının təxminən 11 mülkü vətəndaşı yaraladığını deyib. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.
XS
SM
MD
LG