Accessibility links

Əfqanıstanda şam yeməyinə dəvət edilən ABŞ əsgərləri öldürüb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin cənubunda əfqan polis rəisi üç xüsusi təyinatlı amerikalı əsgəri polis məntəqəsində şam yeməyinə dəvət etdikdən sonra atəş açaraq onların hər üçünü öldürüb.

Dünən ABŞ hərbi qüvvələrinin rəsmiləri əfqan ordu uniforması geyinmiş şəxsin Helmənd vilayətinin Sanqin mahalında ABŞ əsgərlərini öldürdüyünü təsdiqləyib. Rəsmilər polis rəisinin atəş açdıqdan sonra ərazidən qaçdığını deyirlər.

Taliban sözcüsü Qari Yusif Əhmədi "Əsədulla" adlandırdığı hücumçünun hadisəni törətdikdən sonra militant qrupa qoşulduğunu deyib.

Bu, ötən həftə ərzində beynəlxalq qüvvələrə qarşı əfqan qüvvələri tərəfindən edilən üçüncü hücumdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG