Accessibility links

Əfqanıstan polisinin bildirdiyinə görə, intiharçılar Kabildəki seçki idarəsinə hücum edib. Azad Seçki Komissiyasının ofisi aprel ayının 5-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən Əşrəf Qaninin evi yaxınlığındadır. Hücumun həyata keçirildiyi vaxt cənab Qaninin evdə olmadığı və xəsarət alanlar barədə məlumat verilmədiyi bildirilir.

Taliban hücumun məsuliyyətini öz üzərinə götürdükdən sonra Əfqanıstan təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma olub. Taliban ölkədə sabitliyin açarı olacaq seçkiləri pozacağına söz verib.
XS
SM
MD
LG