Accessibility links

Əfqan qız prezident Obamaya hədiyyə hazırlayıb [VİDEO]


Əfqanıstanlı qızın ABŞ prezidentinə hədiyyəsi
please wait

No media source currently available

0:00 0:01:44 0:00
Xalçaçılığı ilə məşhur Əfqanıstanda 17 yaşlı qız prezident Barak Obamaya hədiyyə hazırlayıb. Əfqan qız ölkəsi üçün gördüyü işlərə görə təşəkkür məqsədi ilə toxuduğu xalçanı prezidentə özü təqdim etmək istəyir.

Ayişə Rasix Jovcan vilayətinin paytaxtı Şiberqan şəhərindəki palçıq evdə yaşayır. O, xalçalarını da elə bu evdə toxuyur. “Üzərində Barak Obamanın şəkli olan bu xalçanı mən 8 aya toxumuşam və özüm ona təqdim etmək istəyirəm.” deyə, Ayişə bildirir.

Ayişə deyir ki, cənab Obamanın şəkli olan xalçanı o, Amerika xalqına onun ölkəsinə yardımı və qurbanlarına görə təşəkkür etmək üçün toxuyub. “Toxuduğum bu xalçanı mən Birləşmiş Ştatlar prezidenti Barak Obamaya və Birləşmiş Ştatlar xalqına əfqan xalqına göstətdikləri böyük yardımlara görə bağışlamaq istəyirəm.”

Məktəbə gedən Ayişə xalça toxumaqla on nəfərdən ibarət ailəsinə də yardım edir.
“Mənim atam xalça biznesi ilə məşğuldur. Bizim ailədə 10 nəfər var və hamımız xalça toxuyuruq. Biz dolanmaq üçün bu işlə məşğuluq.” deyə, Aişə bildirir.

Əfqanıstan xalçalarının böyük hissəsi ölkənin şimalında, Ayişənin yaşadığı bölgədə istehsal edilir. Bu bölgədə toxunan xalçalar artıq dünya bazarında da geniş yayılıb.
XS
SM
MD
LG