Accessibility links

Hindistanın Əfqanıstandakı konsulluğuna hücum olub


Əfqanıstandakı Hindistan konsulluğu
Əfqanıstandakı Hindistan konsulluğu
Bu gün güclü silahlanmış şəxslər Hindistanın Əfqanıstanın Herat şəhərindəki konsulluğuna hücum edib. Lakin konsulluqdakı işçilərin xəsarət almadan xilas ola bildiyi deyilir.

Rəsmilər qumbara və avtomatlarla silahlanmış 4 nəfərin konsulluğu yaxınlıqakı binadan atəşə tutduqlarını və bundan sonra təhlükəsizlik qüvvələri ilə atışma başladığını deyirlər. Polis hücum edənlərdən birinin öldürüldüyünü bildirib.

Hindistanın Xarici Əlaqələr Məsələləri üzrə sözçüsü Seyid Əkbərüddinin mediaya bildirdiyinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələri hadisə yerinə gəlməzdən əvvəl hücumçuların qarşısını Hind-Tibet sərhəd polisi alıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG