Accessibility links

Əfqanıstanda İslam Dövləti qrupunun 4 yaraqlısının başı kəsilib


Əfqanıstan rəsmiləri Nanqarhar vilayətinin yerli parlament spirekeri müavini Zahiq Qadirə sadiq döyüşçülərin İslam Dövləti qrupunun 4 yaraqlısının başını kəsdiyini bildirib.

Hərbi qruplaşma İŞİD-ə qarşı artıq bir neçə həfətədir döyüşlər aparır.

Bu yaxınlarda İslam Dövləti qrupunun yaraqlıları tərəfindən qruplaşmanın 4 üzvü qətlə yetirilmişdi. Yerli rəsmilər hər öldürülən döyüşçü əvəzinə bir İŞİD yaraqlısının başının kəsildiyini deyib.

Vilayətin Açin rayonunda İŞİD yaraqlıları fəaliyyətdədir.

İŞİD yaraqlıları FM dalğıasında bir saatlıq radio verilişləri yayan stansiyaya hücum edib.

Lakin səlahiyyətli nümayəndələr İslam Dövləti qrupunu təbliğ edən "Sədayi- Xəlifət" (Xəlifətin Səsi) proqramını bağladıqlarını bildirir.

Talibanla rəqabət aparan İslam Dövləti qrupu bu qrupla tez-tez qanlı qarşıdurmalar yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG