Accessibility links

On illərdir Pakistanda sürgündə olan əfqanlar vətənə qayıdır


On illərdir Pakistanda sürgündə olan əfqanlar BMT-nin Kabil yaxınlığındakı Repatriasiya Mərkəzində uzun növbəyə dayanıb.

Vətənlərində gedən müharibəyə baxmayaraq, geri dönmək istəyən əfqanların çoxu Pakistanda ağır həyat şəraitində yaşayır. Onlar polis və yerli xalq tərəfindən təqiblərə məruz qalır.

Repatriasiya bu yaxınlarda, Pakistanla Hindistan arasında münasinətlər daha da pisləşdikdən və Əfqanıstanla Hindistan arasında əlaqələr gücləndikdən sonra başlayıb.

BMT geri qayıdan qaçqınların hər birini 400 dollar, dərman və digər əşyalarla təmin etməklə yanaşı, onlarla mina təmizlənməsi sahəsində maarifləndirmə işləri də aparır.

XS
SM
MD
LG