Accessibility links

Birləşmiş Ştatlarda təlim mərkəzindən qaçaraq Kanadadan siyasi sığınacaq istəyən üç Əfqanistan əsgərindən birinin deportasiyası ilə bağlı məhkəmə dekabrın 9-a təyin olunub.

Nyu-York ştatının mühacirət hakimi çərşənbə günü mayor Can Araşın 25 min dollar qarşılığında müvəqqəti zaminə buraxılması barədə hökm çıxarıb.

Araş və kapitan Nurullah Əminyar və kapitan Məhəmməd Nasir Əskərzadə Nyu-Yorkun sentyabr ayının 22-dən mühacirət həbsxanasındadır. Onlar sığınacaq almaq üçün Kanada sərhədini keçmək istədikləri zaman saxlanmışdı.

Digər əsgərlərin pul qarşılığında müvəqqəti zaminə buraxılmasına dair məhkəmə oktyabr ayının 22-ə qədər təxirə salınıb.

ABŞ onların vizamüddətinin başa çatdığına görə deportasiya edilmələrini tələb edir.

XS
SM
MD
LG