Accessibility links

Əfqanıstan prezidenti Talibanla danışıqların faydasız olduğunu deyir

  • Amerikanın səsi

Əfqanıstan prezidenti Talibanla danışıqların faydasız olduğunu deyir

Əfqanıstan prezidenti Talibanla danışıqların faydasız olduğunu deyir

Əfqanıstan prezidenti Həmid Karzai deyib ki, Talibanla sülh danışıqları aparmaq faydasızdır və Əfqanıstan üçün ən əlverişli yol Pakistanla müzakirələr keçirməkdir. Cənab Karzainin sözlərinə görə, o, slüh danışıqlarında əsas vasitəçi olmuş keçmiş prezident Budhanəddin Rabbaninin qətlindən sonra Pakistan rəsmiləri ilə danışıqlara üstünlük verir. Cənab Rabbani iki həftə bundan əvvəl onunla görüşmək üçün Talibandan mesaj gətirdiyini bəhanə edən intiharçı tərəfindən qətlə yetirilmişdi. Cümə günü The Wall Street Journal qəzeti Əfqanıstan hökumətinin Talibanı danışıqlar masasına gətirmək məqsədilə gələn həftə keçiriləcək görüşü təxirə salmağı planlaşdırdığı haqda məlumat vermişdi. Əfqanıstanın hökumət nümayəndələri gələn həftə Amerika və Pakistan rəsmiləri ilə görüşməli idi.

XS
SM
MD
LG