Accessibility links

Əfqanıstan prezidenti mülki vətəndaşların qətlinə dair təhqiqata göstəriş verib


Əfqanıstan prezidenti Əşrəf Qani cümə günü hücumu ilə bağlı istintaq aparılmasına göstəriş verib. Məscid yaxınlığında hökumət qüvvələrinin hədəf alındığı hücum nəticəsində 9 mülki vətəndaş həlak olub və bir neçə şəxs xəsarət alıb.

Yerli rəsmilərin bildirdiyinə görə, hücum Maydan Vardak vilayətinin Səyidabad şəhərində Taliban yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma zamanı həyata keçirilib.

Prezident Qani öldürülənlərin ailələrinə başsağlığı verib.

İslamçıların sözçüsü həlak olan mülki vətəndaşların qisasının alınacağına and içib.

“İslam Əmirliyi Kabil rejiminin cinayətini ciddi şəkildə qınayır. Qarşıdurma rejimin xalqına qarşı qəddarlığı və acımasızlığının göstəricisidir” –deyə Talibanın bəyanatında bildirilir.

​BMT-nin bildirdiyinə görə, 2015-ci ilin ilk 8 ayı son 5 illə müqayisədə mülki əhalinin daha çox həlak olduğu müddətdir.

Onların 70 faizinə görə Taliban günahlandırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG