Accessibility links

Əfqan rəsmilərinin bildirdiyinə görə, Kabildəki Milli Kəşfiyyat İdarəsinin baş gərargahına edilən intiharçı hücumu iki təhlükəsizlik işçisinin ölümünə səbəb olub.
Əfqan polisi partlayıcı maddə ilə dolu avtomobilin bu gün günorta saatlarında idarənin girəcəyində partladıldığını bildirib.

Partlayışdan sonra isə idarənin ərazisinə girməyə cəhd edən ikinci avtomobildəki 5 nəfər hücumçunun öldürüldüyü, həmin avtomobildə də partlayıcı maddə olduğu bildirilir. Hadisə zamanı 30 nəfərə qədər insanın yaralandığı deyilir.

Milli Kəşfiyyat İdarəsi Daxili İşlər Nazirliyi də daxil olmaqla, digər hökumət binalarının yerləşdiyi ərazidədir.

Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.
XS
SM
MD
LG