Accessibility links

Taliban bu gün Əfqanıstan boyu özünün ənənəvi yaz hücumlarına başlayıb. Militantların Kabilin beynılxalq aeroportuna etdiyi hücumları zamanı NATO-nun paytaxtın şimalında yerləşən Baqram hərbi bazası da raket hücumuna məruz qalıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Ölkənin şərqindəki Cəlalabad şəhərində isə polislə militantlar arasında atışma olduğu və yaraqlıların Ədliyyə Nazriliyinin binasını ələ keçirdikləri xəbər verilir.

Taliban yaraqlılarının Qəzni vilayətindəki bir neçə polis məntəqəsinə etdiyi hücumlar zamanı biri polis işçisi olmaqla üç nəfərin öldüyü bildirilir.

Keçən həftə bazar ertəsi genişmiqyaslı hücumlar həyata keçiriəcəyi haqda anons verən Taliban bütün hücumların məsuliyyətini ğz üzərinə götürüb.
XS
SM
MD
LG