Accessibility links

Bu gün səhər Əfqanıstanın paytaxtında Baş Prokurorluğun işçiləri olan avtobusa intiharçı hücumu olub. Hucum zamanı azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi hücumu qınayaraq, terrorçuların günahsız və müdafiəsiz dinc əhaliyə qarşı vəhşiliyinin ifrat dətəcəyə çatdığını deyib.

Əfqanıstanın Kəşfiyyat Agentliyi işçilərinin də olduğu avtobusa hücumun məsuliyyətini Taliban üzərinə götürüb.

Üsyançı qrup hücumu Birləşmiş Ştatların nəzarətindəki Baqram həbsxanasındakı məhbuslara münasibətə görə etdiyini bildirib.

Bugünkü hücum əsasən diqqətini Əfqanıstanın şimalına yönəldən Talibanın yaz hücumlarının başlamasından bəri Kabilə ilk hücumudur.


XS
SM
MD
LG