Accessibility links

Türkiyə və Əfqanıstanda Mursiyə dəstək aksiyaları keçirilib


Bu gün Əfqanıstan və Türkiyədə minlərlə insan Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə dəstək məqsədi ilə üçün küçələrə çıxıb. Əfqanıstanın paytaxtı Kabildə nümayişçilər Morsinin adını çağıraraq, yürüş keçirib.

Əfqanlar Misir hökumətinin qanuni seçildiyini deyərək, Mursini hakimiyyətdən devirən hərbçilərə etirazlarını bildirib.

Türkiyənin İstanbul şəhərində də əllərində Mursinin şəkilləri olan 3 minə qədər insan Misir prezidentinə dəstək aksiyası keçirib.

Mursinin siyasi opponentləri onun devrildiyini inkar edərək, Misir ordusunu xalqın iradəsinin qızışdırdığını bildirir .
XS
SM
MD
LG