Accessibility links

ABŞ-ın başçılığı ilə Əfqanıstanda müharibənin başlamasının 11-ci ildönümü tamam olur


Bu, Amerika tarixində ən uzun sürən müharibə kimi yadda qalır


Oktyabrın 7-i ABŞ-ın başçılığı ilə Əfqanıstanda müharibənin başlamasının 11-ci ildönümüdür. Bu, Amerika tarixində ən uzun sürən müharibə kimi yadda qalır. Müharibə başlayandan beynəlxalq koalisiya qüvvələrinin 3 min, Amerikanın isə 2 min əsgəri həlak olub. Həlak əfqanların sayı isə bundan qat-qat çoxdur.

Müharibəyə 2001-ci ildə sentyabrın 11-i Birləşmiş Ştatlara qarşı terror hücumları səbəb olmuşdur. Bir aydan az bir müddət ərzində Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələri Əl-Qaidə yaraqlıları və terrorçu təşkilata sığınacaq vermiş Taliban hökumətinə qarşı hücumlar həyata keçirmişdir.

Taliban tez bir zamandan hakimiyyətdən salınsa da, yaraqlıların hücumları keçən illər ərzində güclənmişdir.

ABŞ və beynəlxalq silahlı qüvvələr son aylar əfqan əsgələr və polis qüvvələri tərəfindən ordu daxilində hücumlara məruz qalır.

Koalisiya qüvvələri Əfqanıstandan çıxarılmağa başlayır. Əfqanıstanda yerləşdirilmiş beynəlxalq koalisiya qüvvələrinin 2014-cü ilə qədər ölkədən çıxarılması nəzərə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG