Accessibility links

Əfqan polisi üçüncü dəfə dünyaya qız gətirdiyinə görə arvadını öldürmüş kişini axtarır

  • Amerikanın səsi

Əfqan polisi üçüncü dəfə dünyaya qız gətirdiyinə görə arvadını öldürmüş kişini axtarır

Əfqan polisi üçüncü dəfə dünyaya qız gətirdiyinə görə arvadını öldürmüş kişini axtarır

Əfqanıstanda polis arvadını üçüncü dəfə dünyaya qız gətirdiyinə görə öldürmüş kişini axtarır. Polis Kunduz vilayətində baş vermiş qətl hadisəsinin digər iştirakçısı olan qadının qayınanasını artıq həbs edib, lakin onun əri hadisə yerindən qaçıb.

ABŞ-ın başçılıq etdiyi qüvvələrin Taliban rejimini hakimiyyətdən devirməsinə baxmayaraq, zorakılıq və təhqir əfqan qadınlarının qarşılaşdığı əsas problemlərdir.

Bazar günü Kanadada məhkəmə Əfqanıstandan mühacirət etmiş Məhəmməd Şəfiə, onun həyat yoldaşı və oğlunu ailə daxilində dörd qadını namus məsələsilə əlaqədar qətlə yetirməkdə günahkar tanıyıb.

Onlar Şəifənin üç qızı və onun birinci arvadının qətlinə görə 25 il həbs cəzasına məhkum ediliblər. Prokurorların bildirdiyinə görə, qızlar ənənəvi geyimdən imtina edib, dostları ilə görüşdükləri və internetdən istifadə etdiklərinə görə qətlə yetirilmişlər.

Keçən ay Əfqanıstan polisi Bağlan vilayətində 15 yaşlı bir qızın altı ay evin alt mərtəbəsində pəncərəsiz otaqda saxlandığını aşkar etmişdi. Qız məcburən fahişəliklə məşğul olmaqdan imtina etdiyinə görə əri və onun qohumları tərəfindən işgəncələrə məruz qalmışdı.

XS
SM
MD
LG