Accessibility links

Əfqanıstan rəsmiləri bildirib ki, Kabil hava limanı yaxınlığında intiharçı hücumu azı 1 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olub.

Taliban yaxınlıqdakı binaları zədələyən partlayışın məsuliyyətini üzərinə götürüb.

NATO-nun Əfqanıstan Qətnaməsinə Dəstək Missiyası hücumu pisləyib.

“Taliban qrupu müdafiəsiz əfqan xalqını hədəf almaqla xalqa etinasız yanaşdığını bir daha sübut edib. General Kampbelin adından biz hadisə qurbanlarının ailə üzvləri və dostlarına başsağlığı veririk”- deyə general Uilson Şoffner bildirib.

Polis bildirib ki, təhlükəsizlik kontraktorlarını daşıyan maşına bənzər maşının hədəf olduğu açıq-aydındır.

Hücum Pakistan ordu başçısı, gerenal Rahil Şərifin Talibanla sülh danışıqlarının bərpası üçün Kabil səfərindən bir gün sonra baş verib.

XS
SM
MD
LG