Accessibility links

Əfqanıstanda bomba hücumları 6 mülki vətəndaşın ölümülə nəticələnib


Ölkənin şimal-şərqində NATO və Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bir neçə Taliban döyüşçüsü öldürülüb

Əfqanıstanın Daxili İşlər nazirliyinin verdiyi məlumata görə ölkənin cənubunda Helmənd vilayətində yol kənarında yerləşdirilmiş bomba partlayışları nəticəsində altı mülki vətəndaş həlak olub. Daxili İşlər nazirliyi mülki vətəndaşların onlara məxsus maşınların partlayıcıların üstündən keçdiyi zaman öldüyünü bildirir.

Bu arada, ölkənin şimal şərqində NATO və Əfqanıstan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bir neçə Taliban döyüşçüsü öldürülüb. NATO-nun bildirdiyinə görə, şənbə günü Kabil yaxınlığında Kapisa vilayətində öldürülən üsyançılardan birinin Taliban komandiri olduğuna inanılır. Onun Əfqanıstan hökumətinin rəsmiləri, həmçinin koalisiya qüvvələrinə qarşı hücumlara görə məsuliyyət daşıdığı bildirilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG