Accessibility links

Əfqanıstanda erkən prezident seçkiləri keçirilə bilər

  • Amerikanın səsi

Əfqanistanda vaxtından əvvəl prezident seçkiləri keçirilə bilər.

Bu qərar əfqanların seçkilərdə səs verməsi ilə xarici ölkə qüvvələrinin Əfqanıstandan çıxarılması ilə üst-üstə düşməməsi məqsədilə çıxarıla bilər.

Əfqanıstan prezidenti Həmid Karzai NATO-nun Baş Katibi Anders Foq Rasmussenlə keçirdiyi mətbuat konfransında seçkilərin 2014-cü ildə deyil, gələn il keçirilə biləcəyini deyib.

Cənab Karzai 2014-cü ildə, beynəlxalq qüvvələrin ölkəni tərk edəcəyi zaman vəzifəsindən getməlidir.

Seçkilərlə xarici qüvvələrin ölkəni tərk etməsinin eyni vaxta təsadüf etməsi ölkədə gərginliyə səbəb ola biləcəyilə bağlı narahatlıqlar mövcuddur.

Cənab Karzai 2009-cu ildə ikinci dəfə prezident seçilib. Əfqanıstan konstitusiyasına görə prezident üçüncü müddətə seçilə bilməz.

XS
SM
MD
LG