Accessibility links

Həmid Karzai Talibanı hücumları dayandırmağa çağırır


Əfqanıstan prezidenti Həmid Karzai Talibanı hücumları dayandırmağa çağıraraq deyib ki, zorakılıq xarici ölkə qoşunlarının Əfqanıstanda qalma müddətinin yalnız uzada bilər.

Prezident Karzai bu çağırışı yaraqlılarının Əfqanıstanın müxtəlif yerlərində dörd mülki vətəndaş, Əfqanıstan təhlükəsizlik qüvvələrinin 11 üzvü və 36 yaraqlının ölümülə nəticələnmiş 18 saatlıq hücumundan sonra verib.

Universitet tələbələri qarşısında çıxış edən cənab Karzai deyib ki, Talibanın nə islama, nə müsəlmanlara, nə də Əfqan xalqına xidmət etmir. “Siz islam üçün heç bir şey etməməsiniz, siz Əfqanıstanın müstəqilliyi və onun xalqı üçün, azadlıq və inkişaf üçün heç nə etməməsiniz. Siz xarici qüvvələrin mövcudluğunu uzatmaq üçün işləməsiniz”-deyə o bildirib.

Taliban xarici ölkələrin səfirlikləri, hökumət binaları və NATO-nun hərbi bazalarına bazar günündən başlayaraq, bazar ertəsinə gününə qədər davam edən əlaqələndirilmiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Lakin Əfqanıstan və ABŞ rəsmiləri hücumalar görə Pakistanda mənzillənən Haqqani şəbəkəsini günahlandırır.

XS
SM
MD
LG