Accessibility links

Əfqanıstan prezidenti NATO-ya mülki vətəndaşların ölümülə nəticələnmiş hücumdan sonra xəbərdarlıq edib (YENİLİƏNİB)

  • Amerikanın səsi

Əfqanıstan prezidenti NATO-ya mülki vətəndaşların ölümülə nəticələnmiş hücumdan sonra xəbərdarlıq edib (YENİLİƏNİB)

Əfqanıstan prezidenti NATO-ya mülki vətəndaşların ölümülə nəticələnmiş hücumdan sonra xəbərdarlıq edib (YENİLİƏNİB)

Əfqanıstan prezidenti Həmid Karzay NATO qüvvələrinin hava hücumları nəticəsində ölkənin cənubunda 14 mülki vətəndaşın ölməsi xəbərindən sonra ABŞ və NATO qüvvələrinə onun öz sözlərilə son dəfə xəbərdarlıq edib. Cənab Karzay insan tələfatını kəskin qınayaraq, koordinasiya edilməmiş əməliyyatların günahsız əfqan vətəndaşlarının ölümünə səbəb olduğunu bildirib. Əfqanıstan prezidenti koalisiya qüvvələrini gecə reydlərin azaltmağa və insan tələfatına yol verməmək üçün əməliyyatları əfqan qüvvələri ilə razılaşdırmağa çağırıb. Vaşinqtonda Ağ Evin sözçüsü ABŞ-ın prezidenti Karzayın vətəndaşların ölümülə bağlı narahatlıqlarını bölüşdüyünü və məsələyə ciddi yanaşıldığını bəyan edib. Əfqanıstan rəsmiləri ölkənin cənubunda NATO-nun həyata keçirdiyi hava hücumları nəticəsində hamısı qadınlar və uşaqlar olmaqla 14 mülki vətəndaşın həlak olduğunu bildirirlər. Rəsmilərin bildirdiyinə görə, Helmənd vilayətinin Navzad rayonunda beş vermiş hücum zamanı iki ev hədəf alınıb və orada olan iki qadın, beş qız və yeddi oğlan həlak olub. NATO-nun sözçüsü tələfatlardan xəbərdar olduğunu bildirib. O, hadisə yerinə fakt-araşdırıcı missiyanın göndərildiyini və koalisiyanın insidentlə əlaqədar əlavə məlumatları açıqlayacağını deyib. Mülki əhalinin hücumlar zamanı səhvən öldürülməsi Əfqanıstan prezidenti Həmid Karzay və qərb rəsmiləri arasında gərginliyin əsas mənbəyidir.

XS
SM
MD
LG