Accessibility links

General Petreas Əfqanıstanda ABŞ və NATO qüvvələrinin komandanlığını üzərinə götürdü


Bu gün Kabildə Beynəlxalq Təhlükəsizliyə yardım qüvvələrinin baş qərargahında mərasim zamanı general Petreas deyib ki, 9 ilə yaxındır gedən müharibə mühüm bir mərhələyə yetişib

Birləşmiş Ştatlar generalı Deyvid Petreas Əfqanıstanda 140 000 əsgərdən ibarət ABŞ və NATO qüvvələrinin rəsmən komandanı kimi vəzifəsinin icrasına başladı.

Bu gün Kabildə Beynəlxalq Təhlükəsizliyə yardım qüvvələrinin baş qərargahında mərasim zamanı general Petreas deyib ki, 9 ilə yaxındır gedən müharibə mühüm bir mərhələyə yetişib və əsgərlər riskin artdığını başa düşməlidir.

Deyvid Petreas bu vəzifədə verdiyi açıqlamalara görə vəzifəsindən uzaqlaşdırılan general Stenli Makkristalı əvəz edir.

General Petreas deyib ki, komandanlıqda dəyişmə əfqan xalqının müdafiəsini hərbi missiyanın əsası edən strategiyanın dəyişməsi demək deyil.

XS
SM
MD
LG