Accessibility links

Həmid Karzai:"ABŞ-la uzunmüddətli razılaşma Əfqanıstanın maraqları əsasında qurulmalıdır"

  • Amerikanın səsi

Həmid Karzai:"ABŞ-la uzunmüddətli razılaşma Əfqanıstanın maraqları əsasında qurulmalıdır"

Həmid Karzai:"ABŞ-la uzunmüddətli razılaşma Əfqanıstanın maraqları əsasında qurulmalıdır"

Əfqanıstan prezidenti Həmid Karzai deyib ki, o, Birləşmiş Ştatlarla strateji tərəfdaşlığın şərtlərini ABŞ-ın Əfqanıstandakı uzun müddətli rolu müstəvisində müzakirə etməyəcək. Cənab Karzai bildirib ki, ABŞ strateji tərəfdaşlıq haqda razılığa dair onun şərtlərini qəbul etməlidir. Buraya gecə reydləri və Amerikanın mülki əhali arasında tələfatlara səbəb olan digər əməliyyatlarının dayandırılması daxildir. Bu gün Kabildə danışan əfqan lideri Əfqanıstan silahlı qüvvələrini ölkənin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürmək kimi vəzifənin yerinə yetirilməsinə hazır olmağa çağırıb. Prezident Karzai deyib ki, Əfqanıstan silahlı qüvvələri yaxın vaxtlarda ölkəni özləri qoruya biləcək. ABŞ-ın 33 minə yaxın əsgəri qüvvəsi 2012-ci il sentyabr ayına qədər Əfqanıstatanı tərk etməlidir. Xarici ölkələrin silahlı qüvvələrinin böyük hissəsi 2012-cü ilə qədər Əfqanıstanı tərk etməlidir.

XS
SM
MD
LG