Accessibility links

Əfqanıstanda bomba hücumu zamanı 4 polis zabiti. bir mülki vətəndaş həlak olub


Rəsmilərin bildirdiyinə görə, bir neçə adam hücum zamanı müxtəlif xəsarət alıb

Əfqanıstanın şimalında Kunduz vilayətində partlayış zamanı bir neşə polis zabitinin və azı bir nəfər mülki vətəndaşın öldüyü bildirilir. Rəsmilərin bildirdiyinə görə, bir neçə adam şənbə günü hücum zamanı müxtəlif xəsarət alıb. Rəsmilər partlayıcıların motosikldə yerləşdirildiyini deyir. Əfqanıstanın digər bölgələrinə gəldikdə isə NATO cümə günü Qəndəhar şəhərində Taliban komandirnin ələ keçirildiyini bildirib. Alyans həmçinin Paktiya vilayətinin Qardez rayonunda talibanın bomba üzrə ekspertini ələ keçirdiyi haqda məlumat verib.

XS
SM
MD
LG