Accessibility links

Əfqanıstanda özəl təhlükəsizlik şirkətlərinin fəaliyyətlərinin dayandırılması prosesi başlayır


Əfqanıstanda özəl təhlükəsizlik şirkətlərinin fəaliyyətlərinin dayandırılması prosesi başlayır
Əfqanıstanda özəl təhlükəsizlik şirkətlərinin fəaliyyətlərinin dayandırılması prosesi başlayır

Əfqanıstan hökuməti ölkədə fəaliyyət göstərən səkkiz özəl təhlükəsizlik şirkətinin buraxılması prosesinə başlayıb. Proses Əfqanıstanda qeydiyyatdan keçmiş 52 özəl təhlükəsizlik şirkətinin fəaliyyətinin yanvar ayına qədər dayandırılması barədə prezidentin imzaladığı fərman əsasında həyata keçirilir. İlk səkkiz şirkət arasında Blackwater adı ilə tanınan Xe Services şirkəti də var. Bu arada, NATO rəsmiləri deyirlər ki, Əfqanıstanın şimal bölgəsində bu gün qiyamçıların hücumları nəticəsində bir əsgər həlak olub. Başqa bir əsgəri də, ölkənin cənub məntəqəsində bomba partlayışı zamanı həlak olub. NATO bildirir ki,əfqan və koalisiya qüvvələri qiyamçıların geri çəkilməsi üçün həyata keçirdikləri əməliyyatda bir yaşlı əfqan qadın və bir uşaq həlak olub. Bir mülki vətəndaş isə yaralanıb. Əfqanıstan və koalisiya qüvvələri insidenti araşdırır.

XS
SM
MD
LG