Accessibility links

Əfqanıstan əsgərləri Taliban tərəfə keçir [Video]


Əfqanıstan əsgərləri Taliban tərəfə keçir
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Talibanla intensiv döyüşlərə baxmayaraq, Əfqanıstanın milli təhlükəsizlik qüvvələri daxildə problemlərlə üzləşir. Belə ki, Birləşmiş Ştatların təlim keçdiyi bəzi əsgərlər Taliban tərəfə keçir.

Birləşmiş Ştatlar və onun müttəfiqləri Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinə təlimlər keçmək üçün milyonlarla dollar, minlərlə saat sərf edib. Təhlükəsizlik qüvvələrinin böyük hissəsi Talibanla mübarizə apardığı bir vaxt, bəzi hərbçilər fərarilik edərək, Taliban tərəfə keçir.

NATO rəsmiləri isə buna səbəbin aşağı rütbəli rəhbərliyin zəif olması olduğunu deyir. “Kiçik bölmələrin rəhbərləri öz əsgərlərini silah-sursatla, ərzaqla təmin etmir. Buna görə də həmin əsgərlər özlərinə sual verir, biz nəyə görə bu adam üçün döyüşməliyik, nəyə görə buna qatlanmalıyıq? Buna görə də biz düşünürki ki, buna səbəb rəhbərliyin bacarıqsız, zəif olmasıdır” deyə, NATO sözçüsü Çarls Klivlend bildirir.

Bu vaxta qədər fərarilik halları böyük şəhərlərdə və təhlükəsiz bölgələrdə baş verməyib. Belə hallar əsasən Talibanın hücuma məruz qoyduğu kənd yerlərində baş verib. Bunlar təhlükəsizlik qüvvələrinə daha çox ehtiyac olan yerlərdir.

Əfqanıstan hökuməti əsgərlərin fərarilik etdiyini etiraf etməyə meyl göstərmir və əsgərlərin Taliban tərəfindən oğurlandığını deyir. Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Davlət Vəziri: “Əsas səbəb düşmənin təzyiqləridir. Düşmən mürəkkəb hücumlara keçən zaman bizim əsgərlər məhdud imkanlara malikdir və onlarda düşməndə olan silah yoxdur. Belə hallarda bizim əsgərlər onlara əsir düşür.”

Əsir düşən əsgərlər və ya polis işçiləri Birləşmiş Ştatlar ordusundan aldıqları hərbi təlimləri Taliban döyüşçülərinə öyrədir.

XS
SM
MD
LG