Accessibility links

Taliban yaraqlıları olduğundan şübhələnilən şəxslərin Əfqanıstanın cənubunda Helmənd vilayətində banka basqın edib. Hadisə zamanı həm polis işçiləri, həm də mülki vətəndaşlar olmaqla 10 nəfərin qətlə yetirildiyi bildirilir.

Rəsmilərin dediyinə görə, bu gün Ləşgər Gahdakı Kabil Bankın filialına hücum yaraqlılardan birinin girəcəkdə özünü partlatması ilə başlayıb. Bundan sonra digər yaraqlılar banka basqın edib.

Hadisə hökumət işçilərinin əmək haqlarını almaq üçün bankda olduğu vaxt baş verib. Hücum zamanı azı 14 nəfərin yaralandığı haqda məlumat verilib.

XS
SM
MD
LG