Accessibility links

ABŞ-ın Əfqanıstandakı Baqram hərbi bazasında Talibanın intiharçısı özünü partladaraq, 4 amerikalının ölümünə, 17-nin yaralanmasına səbəb olub.

Əfqan mediası partlayışın bazanın yeməkxanası yaxınlığında baş verdiyini bildirib. İntiharçı özünü işçi kimi qələmə verib.

“İntihar hücumunu kəskin şəkildə qınamaqla yanaşı, ölən və yaralananların ailə üzvlərinə həmrəylik nümayiş etdirirəm” - deyə Əfqanıstanın baş icraçısı Abdulla Abdulla Twitter hesabında yazıb.

ABŞ-ın ordu generalı Con Nikolson isə deyib ki, noyabrın 12- də həyata keçirilən hücum 4 nəfərin ölümünə səbəb olub. O bildirib ki, koalisya qüvvələri, mülki əhalini hədəf alanlar bilməlidir ki, biz təlimlər, məsləhətlər və yardım missiyamızı davam etdirəcəyik.

Taliban sözçüsü hücumun məsuliyyətini üzərinə alaraq, intiharçının bazaya hücumdan çox əvvəl yerləşdirildiyini deyib.

Sözçü 20 adamın öldürüldüyünü iddia edərək, onlar arasında əfqan əsgərlər də olduğunu bildirib.

Show comments

XS
SM
MD
LG