Accessibility links

Əfqanıstanda intihar hücumunda ölkənin keçmiş prezidenti qətlə yetirilib(YENİLƏNİB)

  • Amerikanın səsi

Əfqanıstanda intihar hücumunda ölkənin keçmiş prezidenti qətlə yetirilib(YENİLƏNİB)

Əfqanıstanda intihar hücumunda ölkənin keçmiş prezidenti qətlə yetirilib(YENİLƏNİB)

Əfqanıstanda intihar bomba hücumunda Talibanla 10 il müharibədən sonra sülh danışıqlarının həvalə edildiyi keçmiş prezident Bürhanəddin Rəbbani qətlə yetirilib.

Partlayış bu gün axşam saatlarında keçmiş prezidentinin evinin qarşısında baş verib. Prezident Həmid Karzainin müşavirlərindən biri olan Məsum Stanekzay hücum zamanı yaralanıb.Hücum zamanı daha dörd nəfər həlak olub.

Cənab Rəbbani müharibəyə son qoymaq üçün prezident Karzainin yaratdığı Əfqanıstan Milli Sülh Şurasının başçısı idi.

Prezident Karzainin sözçüsü mətbuat üzvlərinə bildirib ki, o, cənab Rəbbaninin qətlilə əlaqədar BMT-nin Baş Assambleyasının illik sessiyasının açılışında iştirak etmək üçün Nyu-Yorka səfərini təxirə salaraq, geri qayıdır.Cənab Karzai bu gün Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Cənab Obama deyib ki, keçmiş prezidentin ölümü ABŞ-ın əfqanlarla sülh naminə birgə işdə qətiyyətini möhkəmlədəcək.

Keçmiş prezident Bürhanəddin Rəbbani hökumət binaları və ABŞ səfirliyinin yerləşdiyi güclü mühafizə olunan yaşıl zonada yaşayırdı.

NATO-nun bəyanatında hücumun iki intiharçı tərəfindən həyata keçirildiyi bildirilir.

.

XS
SM
MD
LG