Accessibility links


Əfqanıstanın cənub bölgəsinin rəsmiləri qoşa intihar hücumları nəticəsində beş nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirib.

Rəsmilər iki intiharçının Qəndəhar vilayətində Spin Boldak şəhərində hökumətə məxsus binada qəbilə ağsaqqalları ilə görüş keçirilən zamanı hücum etdiyi haqda məlumat verib.

Hücuma görə məsuliyyəti öz üzərinə Taliban qruöu götürüb. Hadisə yerində beynəlxalq qüvvələrin olub-olmadığı haqda məlumat verilmir.

2011-ci ildə ABŞ-ın başçılığı ilə beynəlxalq qüvvələrin Taliban hökumətini devirməsindən sonra Qəndəhar Əfqanıstanda ən zorakı bölgələrdən biri olaraq qalır. Talibanın mənəvi vətəni hesab edilən Qəndəhar Pakistanla sərhəd bölgədə və silah və narkotik maddələr alverinin əsas marşrut yollarında yerləşir.
XS
SM
MD
LG