Accessibility links

Əfqanıstan paytaxtında silsilə hücumlar baş verib (YENİLƏNİB)

  • Amerikanın səsi

Taliban yaraqlıları Kabildə və Əfqanıstanın şərqindəki Ninqrahar vilayətində silsilə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Hücumlar Kabildə partlament binası, həmçinin ABŞ və Almaniya səfirlikləri və NATO-nun baş qərargahı yaxınlığında baş verib. Bomba partlayışlarından sonra avtomat silahlar və qısa qülləli toplardan atəş açıldığı haqda xəbər verilib.

NATO komandiri general Con Allen Əfqanıstan təhlükəsizlik qüvvələrinin hücumlara tez və yaxşı koordinasiya edilmiş şəkildə cavabını yüksək qiymətləndirib.

Ninqrahar vilayətinin paytaxtı Calalabad şəhər polisi intiharçı hücumların hava limanını hədəf aldığı haqda məlumat verib. Eyni zorakılıqar Paktiya və Loqar vilayətlərində də baş verib.

Talibanın sözçüsü Zəbihullah Mücahid bazar günü keçirilən əlaqələndirilmiş hüucmların yaz ayları dövrü hücumların bir hissəsi olduğunu deyib və intiharçı bomba hücumçularının əməliyyatlarının bunun davamı olaraq baş verəcəyini əlavə edib.

Əfqanıstanın daxili işlər nazirliyi 19 hücumçunun öldürüldüyü, 14 polis zabiti və 9 mülki vətəndaşın yaralandığı haqda məlumat verib. Nazirlik hücumla əlaqədar üç nəfərin saxlandığını bildirir.

Qərb ölkələrinin səfirlikləri işçilərinin zərər çəkmədiyini bildirib. ABŞ-ın Əfqanıstandakı səfiri Rayan Kroker CNN tele-şirkətinə müsahibə zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin bazar günü əlaqələdirilmiş hücumlara professional şəkildə cavab verdiyini deyib.

XS
SM
MD
LG