Accessibility links

2013 Əfqanıstan müharibəsinin ən itkili ili olub


BMT keçən ili Əfqanıstan müharibəsinin ən itkili ili elan edib. Qurumun hesabatında deyilir ki, 2013-cü ildə öldürülən və ya yaralanan insanların sayı 14 faiz yüksək olub.

Ötən il Əfqanıstanda 3000-dən artıq mülki vətəndaş öldürülüb, 5600-dən çox adam yaralanıb. Ötən il 2012-ci illə müqayisədə öldürülən qadın və uşaqların da sayı artıb.

Mülki əhalinin üçdə iki hissəsinin ölümündə Taliban və hökumətə qarşı olan döyüşçülər günahlandırılır.

Hesabatda Talibanla Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında gedən döyüşlərdə də çoxsaylı mülki vətəndaşın həlak olduğu bildirilir.

Bu arada, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin hesabatında koalisiya qüvvələri tərəfindən öldürülən və yaralananların sayının keçən il 60 azaldığı deyilir.

Həm BMT, həm də Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri Talibanın məktəblər, məscidlər, klinikalar, yaşayış bölgələrinə qarşı partlayıcı qurğulardan istifadə etməsini qınayaraq, bu kimi hücumları beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG