Accessibility links

Əfqanıstan Seçki Komissiyası rəsmilərinin bildirdiyinə görə, prezident seçkilərinin ikinci turunda Əşrəf Qani rəqibi Abdulla Abdulladan irəlidədir. Lakin onlar yekun nəticələrinin dəyişə biləcəyini deyirlər.

Birinci turun ilkin nəticələrinə əsasən cənab Qani 56.44 faiz səslə irəlidə gedir. Rəqibi Abdulla Abdulla isə səslərin 43.56 faizini qazana bilib.

Seçki Komissiyasının sədri Əhməd Yusuf Nuristanı deyib ki, açıqlanan rəqəmlər seçkilərin yekun nəticələri demək deyil.

Cənab Abdulla və onun seçki kampaniyası iyunun 14-də keçirilən seçkilərin ikinci turunda qutulara kütləvi şəkildə topa bülletenlərin atıldığını iddia edir və tələb edir ki, bu pozuntular araşdırılanadək seçkilərin nəticələri təxirə salınsın.

Birləşmiş Ştatlar Dövlət Departamenti ciddi qanun pozuntularının qeydə alındığını, təhqiqat aparılmalı olduğunu və seçkilərin nəticələrinin dəyişə biləcəyini deyib.

XS
SM
MD
LG